SİZİN REKLAM BURADA!
055 213 76 73



Sahil metro stansiyasının yaxınlığında yeni McDonald’s restoranı açılıb.

2018-ci il dekabrın 27-sində Sahil metro stansiyasının yaxınlığında tam yeni və innovativ McDonald’s restoranı qapılarını müştərilərin üzünə açmışdır.

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi və Bül-Bül prospektinin kəsişməsində yerləşən, tamamilə yeni dizaynlı McDonald’s restoranı qida sənayesində ən son texnologiyaların bütün tələblərinə cavab verən avadanlıqla təchiz olunub. Burada yeni sistemlərin köməkliyi ilə müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstəriləcək. Restoranda sifarişlərin həyata keçirilməsinin yeni üsulu – interaktiv özünəxidmət köşkü də təqdim olunub. Onun sayəsində ziyarətçilər sensorlu ekranda menyudan arzuladığı məhsulları seçir, bank kartının köməyi ilə və ya nəğd şəkildə kassada seçilmiş sifarişin ödənişini edir.

Həmişə olduğu kimi, bu dəfə də yeni restoranın ilk qonaqları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar oldular. Onlar yeni restoranda gözəl vaxt keçirtdilər. Qeyri-adi interyer dizaynı, gülərüz personal və əlbəttə ki, sevimli yüksək keyfiyyətli məhsullar balaca qonaqların ürəyincə oldu.

Yeni restoranın açılışı münasibətilə uşaqlar McDonald’s Azərbaycan şirkətindən hədiyyələr aldı. Bundan əlavə, tədbirdə McDonald’s restoranlar şəbəkəsinin ziyarəçtilərinin verdiyi ianələrdən toplanmış 14 850 AZN məbləğində simvolik qəbz də Azərbaycan Respublikası Uşaq Fondunun direktoruna təqdim olundu. Qeyd olunan məbləğ xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqların tələbatlarının qarşılanması üçün sərf olunacaq.

Onu qeyd edək ki, McDonald’s Azərbaycan şirkəti 1999-cu ildən etibarən daim xeyriyyə işləri ilə məşğul olur. McDonald’s-ın fəlsəfəsinin başlıca məqsədlərindən biri də uşaqlara yardımdır. “Balaca uşaqların böyük problemləri olmamalıdır!” - McDonald’s bir daha bu şüara bağlı olduğunu göstərdi.

McDonald’s Azərbaycan keçirilən xeyriyyə aksiyalarında daimi və aktiv dəstək göstərdiyi üçün müştərilərinə öz dərin minnətdarlığını bildirir və hər kəsi qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir.