VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda araşdırma aparılır.

"Həmin yolda çökmə bir neçə gün öncə baş verib. Yolun çökməsinə səbəb suyun yerə sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır. Hələlik isə təhlükəsizlik məqsədilə yolun dağılan hissəsi düzəldilib", - deyə A.Nəcəfli bildirib.

Ziya SƏCCAD
BAKU.WS