SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonu, Privolnoye kəndində orta məktəb bərbad gündədir.


Bu barədə kənd sakinləri BAKU.WS-ə şikayətlərində bildiriblər. Verilən məlumata görə, Elnur Hüseynov adına 1 saylı orta məktəbdə şagirdlər şəraitsiz bir vəziyyətdə təhsil alırlar.

Məktəbin döşəməsi dağılır. Məktəbdə uşaqlar üçün tualet belə yox səviyyəsindədir. Məktəbdə su yoxdur.

Redaksiyamıza göndərilən fotolardan da göründüyü kimi məktəb həqiqətən də ibtidai icma quruluşunu xatırladır. Həmin görüntüləri heç bir şərh vermədən təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS