VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ilin noyabr ayında 1151 xarici vətəndaşa Gürcüstana giriş qadağan olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin statistik hesabatında bildirilib.

Ötən ay ən çox İran vətəndaşlarının (434 nəfər) Gürcüstana girişi qadağan edilib. Daha sonra Hindistan (370 nəfər) və Türkiyə (46 nəfər) vətəndaşları gəlir.

Noyabr ayında Gürcüstana girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər təşkil edib.

Hesabat ayında 44 Rusiya, 43 Özbəkistan, 33 Türkmənistan, 30 Pakistan vətəndaşı Gürcüstana buraxılmayıb. Qonşu ölkəyə girişə qadağa qoyulan Ermənistan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. (Report)

BAKU.WS