SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

BAKU.WS