SİZİN REKLAM BURADA!
055 213 76 73



2019-cu il üçün yaşayış minimumu dəyişib.

BAKU.WS publika.az-a istinadla xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir.

“Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

Spiker Oqtay Əsədov bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib:

“Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.

BAKU.WS