VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.

Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.

N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:

“Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.

BAKU.WS