SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.

BAKU.WS