SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin edilməsi üçün vəsait ayrılması təklif edilib.

“Report” xəbər verir ki, bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.

“Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxlarının mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, - deputat əlavə edib.

BAKU.WS