SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Metropoliteni dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək məqsədilə metronun stansiyalarında təşkil edilən mini-konsert proqramlarını davam etdirəcək.

BAKU.WS məlumat verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib:

"Xəzər dənizində "Günəşli” yatağında baş vermiş qəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq ötən həftə bu məsələyə fasilə verdik. Amma dekabrın sonunadək hər həftənin cümə günləri "28 May”, şənbə günləri isə "İçərişəhər” stansiyalarında sərnişinlərə yalnız Üzeyir Hacıbəyovun bəstələrindən ibarət canlı musiqi nümunələri təqdim olunacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl "28 May” stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb. 
 
BAKU.WS