VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq.

BAKU.WS-in məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən "Maşın bazarı”na kimi olan hissəsində işlər bitib:

"Hazırda Babək körpüsünün alt hissəsində işlər aparılır. Bu işlərin iki-üç gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq”.

Qeyd edək ki, Babək prospektində təmir işlərinə 2018-cı ilin əvvəlindən başlayıb.

BAKU.WS