VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova sabah dəfn olunacaq. 

BAKU.WS xəbər verir ki, xalq artisti ilə vida mərasimi 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcəkdir.

Qeyd edək ki, xalq artisti 75 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

BAKU.WS