SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.


BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.


Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.


BAKU.WS