VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yeniyetmə oğlan itkin düşüb.


BAKU.WS-in məlumata görə, Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Əziz Ruslan oğlu Məmmədov oktyabrın 25-də, səhər saatlarında Sahil metrostansiyasının yaxınlığındakı yaşadığı evdən anasına xəbər vermədən atasının Masazırdakı evinə gedib.

Ana oğlunun harada olduğunu yalnız axşam saat 18:00 radələrində bilib.

Axşam saat 21:30 radələrində isə anaya zəng edən ata Əzizi onun yanına yola saldığını deyib.

Həmin vaxtdan 14 yaşlı Əzizdən heç bir məlumat yoxdur.

Evdən çıxarkən əynində boz köynək, göy cins şalvar olub.

Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, 055 289 56 08 telefon nömrəsi ilə əlaqə saxlasınlar.

BAKU.WS