VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 15 yaşlı məktəbli qız qaçırılması ilə bağlı rəsmi məlumat yayılıb.


BAKU.WS xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi bu barədə açıqlama verib. Açıqlamada bildirilib ki, yeniyetmə qaçırılmayıb.


“319 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, Mikayılova Xatun Kamran qızı məktəbin 10-a sinif şagirdidir. Məsələ ilə bağlı şagirdin anası ilə əlaqə saxlanılıb. Onun hazırda evdə olduğu bildirilib. Həmçinin valideyni bildirib ki, onun 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”, - deyə məlumatda bildirilib.


Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində məktəbli qızın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığı barədə məlumatlar yayılmışdı.


Bu barədə “Bakıda məktəbli qızı qaçırdılar” adlı xəbərdən ətraflı oxuya bilərsiz.


BAKU.WS