SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakının bəzi ərazilərində içməli suyunu verilməsində fasilələr olacaq. 

BAKU.WS xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin məlumatında deyilir. 

ASC-dən bildirilir ki, magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə, Xocalı küçələri) içməli suyun verilişində sutka ərzində fasilə olacaq.

BAKU.WS