SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə rayon mərkəzinə və bir neçə kəndə güclü yağıntı düşüb, güclü külək əsib.

Nəticədə rayon ərazisində fərdi yaşayış evlərinin zirzəmisini və həyatyanı sahələri su basıb. Bundan başqa, əraziyə yağan yağış nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib.

BAKU.WS