Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.


BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:


"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".


BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ