055 213 76 73
Azərbaycanda dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinə göndərilməsi mezanizmlərinə dair normativ sənədlər hazırlanacaq.
Bununla yanaşı, xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq metodik tövsiyələr işlənib hazırlanacaq. Sanatoriya və bərpa müalicəsinə göndərilmiş belə uşaqların vahid registrdə uçotu və qeydiyyatı aparılacaq.
Sosial xidmət müəssisələrinə yerləşdirilmiş çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqlar ərazi üzrə tibb müəssisələri tərəflndən vahid registrdə qeydiyyata alınacaq və onların müalicəsi təmin ediləcək.