SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecədən yağan intensiv yağış paytaxt küçələrində bir çox problemlərə səbəb olub.


BAKU.WS xəbər verir ki, yolları su basıb, bəzi yollar çöküb. Problemlərdən biri də yollarda işıqforların işləməməsidir.


Vətəndaşların BAKU.WS-ə verdiyi məlumatlara görə, paytaxtın bəzi yollarında “svetofor”ların normal işləməsində problemlər yaranıb. İşıqforda işıqların hər üçü yanır.


Belə halda sürücülər nə etməli?


Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri, polis baş leytenantı Rüfət Quliyev BAKU.WS vasitəsilə sürücülərə müraciət edib.


Qurum rəsmisi bildirdi ki, sürücülər son dərəcə diqqətli olmalıdır.


“Yolayrıcı keçmə qaydalarına əməl etməlidirlər. Əgər hansısa işıqfor işığı tez yanırsa, ona dərhal əməl edilməlidir. Əgər hansısa “svetofor”da nasazlıq yaranıbsa, bu barədə müvafiq qurumlara məlumat verilməlidir. Sürücülərə bir daha tövsiyyə edirik ki, son dərəcə diqqətli olsunlar”, - deyə Rüfət Quliyev bildirib.


Ziya SƏCCAD
BAKU.WS