SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 13-də Bakıda “Modern Hospital”-ın təşkilatçılığı ilə “II Diabetik pəncə günü” adlı elmi-praktiki konfrans keçirilib.


BAKU.WS-in məlumatına görə, tədbirdə Azərbaycan tibb mütəxəssisləri ilə yanaşı, Türkiyənin tanınmış professoru Müzəffər Altıntaş və Çukurova Universitetinin professoru Tamer Tetiker də iştirak ediblər.


Konfransda çıxış edən “Modern Hospital”-ın Diabetik Ayaq Mərkəzinin rəhbəri, endokrinoloq Gülay Məmmədovanın sözlərinə görə, diabet dünyada getdikcə artan xəstəlikdir və XXI əsrin epidemiyası hesab edilir.


“Modern Hospital”-ın Diabetik Ayaq Mərkəzinin rəhbəri, endokrinoloq Gülay Məmmədova

G.Məmmədova bu tədbirin diabetik pəncəyə həsr olunan ikinci konfrans olduğunu da qeyd edib. O, sözügedən konfransın tibb işçilərinin gələcək fəaliyyətində çox faydalı olacağını bildirib. Məmmədova onu da qeyd edib ki, aparılan hər bir maarifləndirici tədbir xəstəliyin daha erkən mərhələdə aşkarlanmasına, müalicənin vaxtında başlanılmasına və bununla da amputasiyaların qarşısının alınmasına səbəb ola bilər.


Tədbirdə çıxış edən Çukurova Universitetinin professoru Tamer Tetiker bildirib ki, konfransın əsas məqsədlərindən biri əsrin bəlası olan şəkərli diabet və bu xəstəliyin ən böyük ağırlaşmalarından olan diabetik ayaq probleminə multidistiplionar yanaşmanın əhəmiyyətini insanlara çatdırmaqdır.


Çukurova Universitetinin professoru Tamer Tetiker

Onun sözlərinə görə, şəkər xəstəliyindən əziyyət çəkənlərin iflic olma riski, böyrək problemləri ilə yanaşı bir çox patoloji halla üzləşmə ehtimalı digərlərinə nisbətən daha yüksəkdir. Bu problemlərin qarşısını maarifləndirmə tədbirləri, hər gün edilən idman, düzgün qidalanma, vaxtında və kontrollu həkim müayinəsi ilə nail olmaq olar.


Konfransda “Diabetik pəncənin patofiziologiyası və təsnifatı”, “Diabetik neyropatiya”, “Diabetik pəncə yaralarının cərrahi müalicəsi”, “Periferik arterial xəstəlik; Kimə və hansı müalicə”, “Şəkərli Diabet və digər xroniki xəstəliklərdə psixososial vəziyyətin dəyərləndirilməsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Unutmayaq ki, vaxtında edilən müayinə gələcəkdə yarana biləcək problemlərin qarşısını alır.


Diabetik ayaq problemləri ilə bağlı hər hansısa probleminiz və ya sualınız varsa, düşünmədən “Modern Hospital”ın nəzdində fəaliyyət göstərən Diabetik Ayaq Mərkəzinə müraciət edə bilərsiniz.


Həyatınıza dəyər verən “Modern Hospital”la əlaqə: (012) 949

Hüseyn Məmmədsalahov
BAKU.WS