SİZİN REKLAM BURADA!
055 213 76 73



Son illər ərzində video CV xarıcı şirkətlərin HR menecerləri arasında geniş yayılıb, populyarlıq qazandı, və işə qəbul sahəsində inqilabi yeniliyə çevrildi. “Head Hunter” təşkilatı tərəfindən aparılan araşdırmaya əsasən, dünya təcrübəsində İnsan Resursları menecerlərin 76%-i Video CV göndərən namizədlərin daha uğurlu olduqlarını etiraf edirlər.

BAKU.WS xəbər verir ki, müasir texnologiyalara əsaslanaraq və beynəlxalq işə qəbul trendlərindən istifadə edərək, Expressbank video CV formatında ərizələrin qəbuluna başlayıb. Biz layihənin üstünlükləri barədə suallarımızı Expressbank-ın İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayevaya ünvanladıq.

"Zaman – nə satın alına, nə hədiyyə alına, nə də tapıla biləcək bir dəyərdir. Namizədlərin vaxtına dəyər verib, biz onlara faktiki olaraq ilkin müsahibəni evdən çixmayaraq keçmək imkanı yaradırıq.

Beləcə, o, həyəcan hissi keçirmədən, öz ən yaxşı keyfiyyətlərini nümayiş etdirə bilər. Video CV-nin həm namizəd, həm işəgötürən üçün bir sıra üstünlükləri var, və bunların arasında vaxta qənaət –ilk, lakin yeganə deyil.

Dil biliklərinin ilkin qiymətləndirilməsi, fikrini izah etmə qabiliyyəti, özünü təqdim etmə bacarığı, kreativlik kimi xüsusiyyətlərin nümayişi də bu sıradadır. Həmçinin, bu şirkətin xərclərini azaldıb, namizədin əsas bacarıqlarını müəyyən etməyə yardım olur”.

Video CV-nin çəkilişi və göndərilməsi tələbləri, həmçinin Expressbank-ın son vakansiyaları ilə siz aşağıdakı likə keçərək, tanış ola bilərsiniz:

https://www.expressbank.az/aboutus/vacancies.html

Vakansiyalarla siz bankın sosial şəbəkələrdəki səhifələrində də tanış ola bilərsiniz:

www.facebook.com/ExpressKaryera/

https://www.instagram.com/expresskaryera/

Expressbank – ölkəmizin aparıcı banklarından biri olaraq, daim inkişaf edir və genişlənir. Bank uğurunun səbəbini düzgün seçilmiş kadrlarda görür. Onlar banka həm püxtələşmiş mütəxəssislər kimi, həm də karyerasını yeni başlayan, gələcəyin yüksək səviyyəli peşakarlarına çevriləcək dünənin tələbələri kimi gələ bilərlər.

BAKU.WS