SİZİN REKLAM BURADA!
055 213 76 73



Təhsil Nazirliyinin 3 saylı Uşaq Gənclər Mərkəzinin dörd istedadlı üzvü 2018-ci ilin 2-8 oktyabr tarixlərində İspaniya krallığının Coste de Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” (Sənin dalğan) Beynəlxalq festivalda vətənimizi layiqincə təmsil ediblər.

BAKU.WS xəbər verir ki, Azərbaycanı təmsil edən Nigar Rəhimova, Nastya, Qaflan və Rüfət adlı iştirakçılar müxtəlif nominasiyalar üzrə bir, iki və üçüncü yerləri tutublar. Onlar vətənə 6 kubok və diplomlarla dönüblər.

İştirakçımız Nigar Rəhimova “Akademik vocal” nominasiyası üzrə 1-ci yerə, estrada nominasiyasında isə 3-cü yerə layiq görülüb. Nigar Rəhimova xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısını gözəl ifa edib.

Mükafatlandırma mərasimində münsiflərdən biri erməni olub. Erməni münsif, Nigar Rəhimovaya “Akademik vocal” nominasiyası üzrə 1-ci yer, estrada nominasiyasında isə 3-cü yer verildiyi zaman məyus olub. Onun məyusluğu üzündən hiss olunub.

Festivalda azərbaycanlı istedadları müşayiət edən Rəna Kərimova çıxışlar zamanı çox güclü rəqiblərin olduğunu deyib. Rəna Kərimova bildirib ki, güclü rəqiblərin olmasına baxmayaraq, azərbaycanlı uşaqlar vətənimizi məharətlə və uğurla təmsil edib.

BAKU.WS