SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.


BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib.


Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir".


Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.


Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.


BAKU.WS