VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı şəhərində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assossiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.

BAKU.WS
xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları eləcədə də, Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna, Belarus və s. ölkələrdən nüfuzlu hüquqşunaslar iştirak edib.


Eyni zamanda tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assossiasiyasının iclası keçirilib.


İclasda Assosiasiyanın 2017-ci ilin may ayından 2018-ci ilin avqust ayına qədər olan dövr üçün fəaliyyətinə dair məlumatlar verilib. Yeni namizədlərin üzvlüyə qəbul olunmasına dair təkliflər qəbul edilib.


Ziya SƏCCAD
BAKU.WS