SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Pakistanda (Karaçi şəhərində) “Pakistan Travel Mart “(PTM-2018) Beynəlxalq turizm sərgisi və Forumunda ölkəmizin turizm potensialını təbliğ etdi.

Azərbaycan Turizm Assosiasiyasına üzv olan 18 şirkət və otel nümayəndələri sərgidə ölkəmizin turizm potensialı, o cümlədən səyahət, kənd, ov, müalicə, biznes və digər turizm məhsulları haqqında qonaqlara
və iştirakçılara məlumat verdilər.

Azərbaycanın sərgidə ilk dəfə iştirak etməsinə və yeni bir istiqamət olmasına baxmayaraq, qonaqlar arasında təqdim və təbliğ edilən məlumatlar ciddi maraqla qarşılandı.


AZTA üzvləri stend ilə maraqlanan hər bir iştirakçıya Azərbaycanın turizm sənayəsində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti
barədə geniş məlumat təqdim etdilər.

Sərgi şərçivəsində keçirilən PTM-2018 Beynəlxalq Forumda AZTA –nın marketin departamentinin rəhbəri Nərgiz Babayeva və gəlmə turizm komitəsinin üzvü Murad Kərəmov çıxış etdilər, Azərbaycanın iqtisadiyyatının, o cümlədən qeyri-neft iqtisadiyyatının prioritet
sahələrindən olan turizm sektorunda son illərdə yaşanan inkişaf, dövlət tərəfdən turizmin inkişafına verilən dəstək, investorlar üçün yaradılmış şərait və bu tədbirlərin nəticəsi olaraq turizmin real inkişafı barədə məlumat verdilər.


Forumda iştirak edən Qədim Sind vilayətinin təhsil, mədəniyyət və turim naziri Sayed Sardar Ali Şah (Syed Sardar Ali Shah) Azərbaycanın turizm sənayəsində nail olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi.

Sərgidən sonra təşkil olunmüş ziyafətdə Azərbaycan haqqında qısametrajlı film təqdim edilib.

Azərbaycan Turizm Assosiasiasiyası belə tədbirlərdə iştirakı və ölkə turizminin potensialı haqqında verilən məlumatların sözügedən sahənin inkişafına birbaşa təsirinə ümid edir.

BAKU.WS