SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 4-də Bakının bir sıra ərazilərində içməli su olmayacaq.

"Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS