VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.

Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, müsahibədə təcrübəli, peşəkar hüquqşünaslar, insan resursları və informasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.

Müraciət etmək istəyən namizədlər 02.10.2018-ci il tarixindən 01.11.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: [email protected]

BAKU.WS