SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 7 avtobus xətti müsabiqəyə çıxarılıb.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.


Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.


Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir.


Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.


Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.


(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248).


BAKU.WS