SİZİN REKLAM BURADA!
055 213 76 73



Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib.

S/s Məhsulun adı Əvvəlki qiyməti Hazırkı qiyməti
1. Azərçay 450 q. 7,60 AZN 8,40 AZN
2 Azərçay 100 q. 1,80 AZN 2,00 AZN
3. Beta 100 q. 2,20 AZN 2,40 AZN
4. Beta 225 q. 5,20 AZN 5,80 AZN
5. Beta 450 q. 10 AZN 11 AZN
6. Çempion 100 q. 2,20 AZN 2,40 AZN
7. Çempion 225 q. 5,20 AZN 5,80 AZN
8. Çempion 450 q. 10 AZN 11 AZN

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.

Mağaza sahiblərinin sözlərinə görə, "Snickers" və "Bounty" şirniyyatlarının satışı isə dayandırılıb.

Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilmişdi.

BAKU.WS