SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətlik məhdudlaşdırılır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib.

“Məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir”, - deyə qurum rəsmisi bildirib.

Ziya SƏCCAD
BAKU.WS