SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin və dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq.

BAKU.WS
xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

BAKU.WS