SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir.

BAKU.WS