SİZİN REKLAM BURADA!
055 213 76 73



“Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılmışdır. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur”.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi BAKU.WS-ə rəsmi açıqlama verib. Qurumdan bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik.

BAKU.WS