SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Azərbaycanda dəmiryolu yaxınlığında olan evlərin sökülməsi məsələsi baradə müzakirələr aparılır.


BAKU.WS
-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir çox işlər görülür.


"Dəmiryolu ətrafında qanunsuz tikililərin sökülməsi, ərazilərin hasarlanması məsələlərinə baxılır. Bu istiqamətində yeniliklər olarsa, mətbuata məlumatlar veriləcək”, - deyə Cavid Qurbanov bildirib.

Qurum sədri onu da vurğulayıb ki, hazırda bu istiqamətdə əhali siyahıya alınır: "Hələlik dəmiryolu ətrafında olan evlər və əhalinin siyahıya alınması prosesi gedir”.

Ayşən Ayxan
BAKU.WS