SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanın bütün orta məktəblərində dərslər başlayıb.

BAKU.WS
əməkdaşı Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə olub.

Təhsil ocağının direktoru Bəkir Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda məktəbdə 23 sinif var. Onun sözlərinə görə, ümumilikdə liseydə 510-a yaxın şagird təhsil alır.

“2017-2018-ci ildə 66 şagird XI sinifi bitirib. Onlardan 12 nəfəri xarici dövlətin ali məktəblərinə daxil olublar. Dövlət imtahanından 55 şagirdimiz iştirak edib. Onların hamısı ali məktəblərə daxil olub. 12 şagirdimiz 600-dən çox bal toplayıb. 25 şagirdimiz isə 500-dən çox bal toplayıb”, - deyə direktor bildirib.

Qeyd edək ki, sentyabrın 12-də liseyin təmirdən sonra açılışı olub. Açılış mərasimində ölkə rəhbəri İlham Əliyev də iştirak edib.

Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

Ziya SƏCCAD
BAKU.WS