VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumat verib.

Qurum rəsmisi bildirib ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.

BAKU.WS