SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət qurumlarına yeni avtomobillər veriləcək.

BAKU.WS
xəbər verir ki, bu barədə Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Yeni qərara görə, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.

Bu artım (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələrinə şamil edilmir.

BAKU.WS