SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 11:00-da satışı başlamalı olan sosial evlər satışda yenidən problem yaranıb.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial ev almaq istəyənlər sistemə daxil olmadıqları barədə şikayətlər ünvanlayıblar.

Çoxsaylı şikayətlərdə bildirilir ki, elektron hökumət portalından şəxsi səhifələrə girişdə saat 11:00-a kimi heç bir problem qeydə alınmayıb.

Bildirilir ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.

Bu gün "satış başladı" elanı veriləndən - yəni saat 11:00-dan etibarən səhifələrdə yüklənmə başlayıb. İstifadəçilər dəfələrlə cəhd etsələr də şəxsi səhifələrindəki "satış başladı" elanını aça bilməyiblər. Onlar "Not found" (tapılmadı) yazısı ilə qarşılaşıblar.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

BAKU.WS