SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 27 525 nikaha daxilolma halları qeydə alınıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Leyla Kərimova modern.az-ın sorğusuna cavab olaraq bildirib.

L.Kərimovanın sözlərinə görə, onlardan 552-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.

449-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

BAKU.WS