VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləvğ edilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək dayanmaq qadağandır nişanı ilə əvəz edilib.

“Şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin, zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür”.

BAKU.WS