SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160 km km-lik hissəsində bu gün axşam saatlarınadək təmir işləri aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri yenilənir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS