VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzləri sanki kəsilərək yararsız hala salınıb. Nəticədə heyvanların süd vermək qabiliyyəti itib. Malqaranın süd vəzlərinin kimlər tərəfindən kəsildiyi və ya hansısa xəstəlik nəticəsində yararsız hala düşdüyü bilinmir.

Sakinlərin sözlərinə görə, müəmmalı hadisə son 10 gün ərzində baş verib. Xəsarət alan inəklərdən südlük heyvan kimi istifadə etmək mümkün olmadığına görə fermerlər çıxılmaz vəziyyətdə qalıb. Həmin heyvanların qiyməti kəskin aşağı düşdüyü üçün onları satmaq da mümkün olmur.

Fermerlər məsələ ilə bağlı baytarlıq idarəsinə müraciət ediblər. Rayonun baş baytarı Barat Şahaliyev deyib ki, Girk kəndində yaralı heyvanlara baxış keçirilib, qan analizi və heyvanlardan lazımi nümunələr götürülüb. Hazırda nəticələri gözləyirlər.

Girk kəndində baş verən olayla bağlı İsmayıllı rayon Polis Şöbəsindən şifahi olaraq bildirildi ki, sakinlərin müraciəti əsasında araşdırma aparılır.

BAKU.WS