SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədlər təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətində yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS