SİZİN REKLAM BURADA!
055 213 76 73



"Avtomobil alanları ciddi məyus edəcək bir yenilik edildi".

BAKU.WS-in məlumatına görə, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov bildirib:

"Bu yenilik öz hüquqi dilinin qəlizliyinə görə şəxsən məni həm də ciddi təəccübləndirdi...
"Dövlət rüsumu haqqında" Qanuna 12 iyun 2018-ci il tarixli qanunla edilən dəyişiklikdə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin DYP-də dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur. O vaxt (12 iyunda) bu layihəni görəndə mahiyyət etibarilə yeni olan bu rüsumun nə olduğunu anlamaqda çətinlik çəkmişdim. Axı bizim qanunvericilik "özgəninkiləşdirilməsi haqqında müqavilələrin" dövlət qeydiyyatını nəzərdə tutmur. Qanunlarımız buna bənzər 2 şey nəzərdə tutur: 1) müqavilənin notarial təsdiqini; 2) müqavilə pedmetinin (müqavilənin özünün yox, predmetinin, yəni avtomobilin) dövlət qeydiyyatını.
31 iyulda NK bu rüsumu təsdiqləyib. Həmin NK qərarına baxanda çox təəccübləndim: sən demə elə söhbət avtomobilin qeydiyyatıdan gedirmiş. Özünüz hüquqi kombinasiyaya baxın (Qərarın 1.1-ci bəndindən çıxarış):
1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) ... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir. Nə isə, hüquq nəzəriyyəsini qoyaq kənara...
Avtomobil alanlar hazırlaşsınlar. Həmin rüsum avtomobilin istehsal ilindən və mühərrikinin iş həcmindən asılı olaraq təxminən 30-1500 manat arası dəyişir".