SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.

“Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, - deyə B.Məmmədov əlavə edib.

Vaqonların yenilənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu iki halda mümkündür: “Birincisi, köhnə vaqonlar istismar müddətinin başa vurmalıdır, ikincisi bizim stansiyalarımız tikilir, xətlərimiz inkişaf edir, bu halda da təbii ki, bu məsələ aktuallaşır”.

Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: “Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.

BAKU.WS