Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub.
 
Onlardan 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

BAKU.WS