Havaların isti keçməsi ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejiminə fəaliyyət göstərir.

BAKU.WS
xəbər verirk i, şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib.


Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb.

Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər.

Eyni zamanda sürücülərlə yanaşı sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur. DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil fasilələrlə davam etdirsinlər.

Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

BAKU.WS
]