VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çimərliklərə gedən şəxslərə müraciət edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

BAKU.WS