VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan əhalisinin sayı açıqlanıb.
 
Dövlət Statistika Komitəsi xəbər verir ki,  2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.
 
Bununla da 2018-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 mln. 929,5 min nəfərə çatıb.
  
Hesabat dövründə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.  Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
 
Bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
 
Cari ilin yanvar-may aylarında ölkədə 25277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

BAKU.WS